XƏBƏRLƏR / Siyasət

Vladimir Putinin Türkiyəyə səfəri təxirə salınıb?

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumatı təsdiqləməyib

Vladimir Putinin Türkiyəyə səfəri təxirə salınıb?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfəri təxirə salınıb. Bu barədə TASS-a Türkiyədəki diplomatik mənbə təfərrüatları açıqlamadan məlumat verib.

    Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin "Hürriyyət" qəzetinin jurnalisti Hande Fırat Rusiya Prezidentinin Türkiyəyə səfərinin sonrakı tarixə təxirə salındığını bildirib.

    Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov TASS ilə söhbətində Putinin Türkiyəyə səfərinin təxirə salındığını təsdiqləməyib, “tarixlər açıqlanmayıb”.

    Rusiya Prezidentinin mətbuat katibi bizə bildirib ki, Putin və Ərdoğan arasında təmas üçün hazırlıqlar davam edir.