Türkiyə Avropada Adi Silahlı Qüvvələr müqaviləsindən çıxdı
Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək
Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən (CFE) çıxıb. Bu barədə qərar rəsmi qəzetdə dərc olunub.
Bildirilib ki, rəsmi Ankara aprelin 8-dən sonra sənədin heç bir müddəalarına əməl etməyəcək.
Qeyd edək ki, Rusiya bu müqavilədən 2023-cü ildə imtina edib.