Türkiyənin səfiri Hikmət Hacıyevlə görüşüb
Cahit Bağçı Prezident Administrasiyasının şöbə müdiri ilə Şuşa Bəyannaməsini müzakirə edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb. Bu barədə səfir “Twitter” səhifəsində məlumat yayıb.
Nəşr bildirir ki, görüş zamanı Şuşa Bəyannaməsinin məqsədləri çərçivəsində əməkdaşlığın inkişafı və regional məsələlər müzakirə olunub.