Blinken Fidanla Bakı və İrəvan arasında sülhü müzakirə edib
ABŞ Dövlət katibinin Türkiyə XİN rəhbəri ilə telefon danışığı haqda Metyu Miller məlumat verib
ABŞ Dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, Blinken və Fidan Cənubi Qafqazdakı vəziyyəti müzakirə edərək, bütün regiona fayda verəcək ədalətli və davamlı sülhün əldə edilməsinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı Blinken oktyabrın 23-də Ankarada törədilmiş terror aktı ilə bağlı türkiyəli həmkarına da başsağlığı verib.
Tərəflər həmçinin Yaxın Şərq və Ukraynadakı vəziyyəti müzakirə ediblər.