Hollandiyanın Baş naziri Mark Rutte NATO-nun Baş katibi oldu
NATO üzvləri onu alyansın Baş katibi vəzifəsinə namizədliyini təsdiqləyib
NATO üzvləri alyansın Baş katibi vəzifəsinə Mark Ruttenin namizədliyini təsdiqləyib.
NATO Şurası Hollandiyanın Baş naziri Mark Rutteni Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə təsdiq edib, - təşkilatın bəyanatında deyilir.
Bildirilir ki, Rutte alyansın hazırkı rəhbəri Yens Stoltenberqin səlahiyyət müddəti başa çatdıqdan sonra 2024-cü il oktyabrın 1-dən Baş katib vəzifəsinin icrasına başlayacaq.