XƏBƏRLƏR / Siyasət

Pakistan Baş naziri Azərbaycana səfər edəcək

Bu barədə Pakistanın hökumət mənbələri məlumat yayıb

Pakistan Baş naziri Azərbaycana səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfər edəcək.

    Bu barədə Pakistanın hökumət mənbələri məlumat yayıb.

    Şahbaz Şərif gələn həftə İran, Azərbaycan və Türkiyəyə təcili səfər edəcək.

    Bildirilib ki, Şahbaz Şərif İran, Azərbaycan və Türkiyə liderləri ilə görüşəcək. O, Hindistanla son qarşıdurmada göstərdikləri dəstəyə görə onlara təşəkkür edəcək.

    Qeyd edilib ki, danışıqlarda regional və qlobal problemlərin müzakirəsi də nəzərdə tutulub.