Türkiyə Prezidenti NATO-nun yeni Baş katibi ilə danışıb
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun yeni Baş katibi Mark Rutte arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd olunub ki, R.T.Ərdoğan yeni təyinatı münasibətilə M.Rutteni təbrik edib.
Xatırladaq ki, M.Ruttenin Alyansın yeni Baş katibi postuna təyinatı təsdiqlənib. O, bu vəzifədə Yens Stoltenberqi əvəz edib.
Qeyd edək ki, adıçəkilən siyasətçi indiyədək Niderlandın Baş naziri vəzifəsini icra edirdi.