XƏBƏRLƏR / Siyasət

"ABŞ Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaradır"

Bunu ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen bəyan edib VIDEO

"ABŞ Ermənistanın Rusiyadan uzaqlaşması üçün şərait yaradır"
Ceyms O'Brayen
  • Oxuma müddəti:

    2 dəqiqə

  • ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Senatın Xarici Əlaqələr Komitəsində Avropanın gələcəyi ilə bağlı dinləmələrdə dedikləri

    Dövlət Departamenti Ermənistanla Rusiyadan asılılığını azaltmağa kömək edəcək birgə platforma yaradıb. Ermənistan enerji və iqtisadiyyat baxımından demək olar ki, tamamilə Rusiyadan asılıdır. Biz onlara baş nazir Paşinyanın rəhbərlik etdiyi cəsarətli addımları həyata keçirməyə imkan verərək diversifikasiyaya kömək etməliyik.

    Rusiya 2020-ci il müharibəsindən sonra və ondan xeyli əvvəl Ermənistanın təhlükəsizliyinə zəmanət vermişdi, lakin Azərbaycan Dağlıq Qarabağ ərazisini geri alanda Ermənistana arxa çevirdi. Bu, ciddi imtinaya səbəb olub və Ermənistan cəmiyyətinin əksəriyyəti Rusiyadan uzaqlaşmaq istəyir. Beləliklə, biz onlara bunu etmək üçün şərait yaradırıq.

    Bu həftə vacib hadisə olacaq - Rusiya FSB hərbi qulluqçularının ayrılmaları istənildi. Bu, bir sıra səbəblərə görə vacibdir, çünki onlar beynəlxalq hava limanında yerləşirlər və bununla bağlı bəzi sanksiyalar var. Beləliklə, biz Rusiyanın Ermənistanın suveren istəklərinə hörmətlə yanaşmağa real münasibətini görəcəyik ki, Ermənistan onun istədiyi münasibətləri yarada bilsin.

    Biz də baş nazir Paşinyanın və prezident Əliyevin sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik. Rusiya bunun öz şərtləri ilə olmasını istəyir, lakin hər iki ölkə onun iştirakından bir az məyusdur. Biz bütün səylərimizi göstəririk ki, saziş hər iki ölkənin sülh arzusunu əks etdirsin.

    Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindirlər və onların qlobal bazarlara çıxış yolu hazırda Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistandan və ya Azərbaycandan keçən marşrut aça bilsək, onların dünya bazarlarına çıxışı olacaq və Rusiya və Çindən çox az asılı olacaqlar.

    Ermənistan və Azərbaycan demarkasiya işlərinə başlayıb, lakin müəyyən ərazilər var ki, qarşı tərəfin nəzarətindədir və demarkasiyadan sonra həmin ərazilər özlərinə qayıda bilər. Bu, sülh müqaviləsində bir məqamdır, hər iki ölkə bu proses üzərində işləyir və ABŞ açıq şəkildə bəyan edib ki, proses bitdikdən sonra tənzimlənəcək sərhəd qəti olmalıdır.