İrəvan Bakıya sülh müqaviləsinin yeni variantını verəcək
Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib
Ermənistan Azərbaycana sülh müqaviləsinin yeni variantını verəcək
Ermənistan hökuməti hazırda Azərbaycanla sülh sazişi layihəsinin yeni variantı üzərində işləyir və yaxın vaxtlarda onu Bakıya təhvil verəcək. Bu barədə çərşənbə axşamı keçirilən brifinqdə respublikanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
“Ermənistan tərəfi təklif etdiyi [sülh sazişinin] mətninə cavab alıb, bu, davam edən prosesdir, indi erməni tərəfi işləyir və biz mətni tezliklə Azərbaycan tərəfinə ötürəcəyik”, - Qriqoryan dedi.
Qriqoryanın sözlərinə görə, o, “mətnin ötürülməsi”nin necə baş tutacağını hələ bilmir, lakin o, ictimaiyyətə məlumat verəcəyini vəd edib.