Putin sülh müqaviləsinin bağlanmasına şərtlər irəli sürdü
KTMT sammitində çıxış edən Rusiya prezidenti Ermənistan-Azərbaycan sülh müqaviləsi haqda danışıb
Rusiya lideri qeyd edib ki, yalnız sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, humanitar problemlərin həlli ilə bağlı bu sazişlərin ardıcıl həyata keçirilməsi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür. Putin ümid etdiyini bildirib ki, “bu, sonda İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxaracaq”.