Azərbaycan və daha 8 ölkə Sülh Şurasına $7 mlrd ayırıb
Bunu Sülh Şurasının birinci iclasındakı çıxışında ABŞ prezidenti Donald Tramp vurğulayıb YENİLƏNİB
22:20
Prezidentin köməkçisi Hikmət Hacıyev X hesabında məsələyə aydınlıq gətirib.
O yazıb: “Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”nın məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən “Sülh Şurası” vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”.
***
20:21
ABŞ prezidenti Azərbaycan və bir neçə başqa ölkənin Sülh Şurasının büdcəsinə birlikdə 7 milyard dollardan çox vəsait ayırdığını elan etdi.
"Bu gün Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin yardım paketinə 7 milyard dollardan çox vəsait ayırdığını elan etməkdən məmnunam. Bu, fantastikdir. Təşəkkür edirəm", - deyə Tramp bildirib.
ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq.
Tramp əlavə edib ki, ABŞ “Sülh Şurası”na 10 milyard dollar ayıracaq.
Qeyd edək ki, hansı ölkə nə qədər vəsait ayırdığı haqda məlumat verilməyib
1 dəqiqə