İranın xarici işlər naziri Azərbaycana gəlir
Abdullahian Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin XİN rəhbərlərinin iclasında iştirak edəcək
İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Azərbaycana gedir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib.
Onun sözlərinə görə, Abdullahianın Azərbaycana səfərində məqsəd Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməkdir.
Kənani qeyd edib ki, Abdullahian səfər çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.