Ermənistan Təhlükəsizlik Şurasınnın katibi Vaşinqtona gedir
Armen Qriqoryan ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşəcək
İyulun 4-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan işgüzar səfərlə Vaşinqtona gedəcək, orada ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub.
Səfərin gündəliyi Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etməkdir.