XƏBƏRLƏR / Siyasət

"Ermənistanın dəmir yolu sistemi bir gecədə çökə bilər"

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib

"Ermənistanın dəmir yolu sistemi bir gecədə çökə bilər"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın dəmir yolu sistemi bir gecənin içində çökə bilər.

    Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

    Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin dəmir yollarının idarə edilməsində Rusiyanı əvəzləmək istəyi yanlış düşünülmüş qərardır.

    O, başqa bir şirkətin "Ermənistanda uzun müddətdir ki, ən çətin şərtlərdən uzaqda səmərəli fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını tam əvəz edə biləcəyinə" şübhə ilə yanaşdığını bildirib.

    Şoyqu hesab edir ki, bu baş verəcəyi təqdirdə, onların qurduğu sistem bir gecənin içində çökə bilər: “Təxminən 20 il ərzində qurulmuş sistem sadəcə bir gecədə çökə bilər”.

    O xatırladıb ki, Rusiya təxminən 20 il ərzində Ermənistan dəmir yollarına 30 milyard rubldan çox investisiya yatırıb: “Ermənistanın ehtiyacları üçün bütün vacib yüklər Cənubi Qafqaz Dəmir Yolları vasitəsilə daşınır. Şübhə edirəm ki, digər ölkələrdən hər hansı bir şirkət Rusiyanın Cənubi Qafqaz Dəmir Yollarını əvəz edə bilər”.

    Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya, konsessiyasında olan Ermənistan dəmir yollarını, dost ölkələrin birinə satmağı təklif etmişdir. Təklifdə Qazağıstan və Qatar dövlətlərinin adı çəkilirdi.