Azərbaycan və Somali prezidentləri bəyanatla çıxış ediblər
Prezidentin mətbuat xidməti xəbər verir VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Həsən Şeyx Mahmudun iştirakı ilə Azərbaycan Respublikası ilə Somali Federativ Respublikası arasında imzalanmış sənədlərin mübadiləsinə həsr olunmuş mərasim keçirilmişdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər.