XƏBƏRLƏR / Siyasət

Netanyahu və Blinken arasında görüş olub

Bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb

Netanyahu və Blinken arasında görüş olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Qüdsdə səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşüb.

    Bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.

    Bildirilib ki, Baş nazir Netanyahu və dövlət katibi Blinken arasında təkbətək görüş keçirilib və daha sonra geniş tərkibli görüş baş tutub.

    Geniştərkibli görüşdə İsrail tərəfdən müdafiə naziri, strateji məsələlər naziri, Milli Təhlükəsizlik Şurasının direktoru, Mossad-ın direktoru, İSA-nın direktoru, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Baş nazirin hərbi katibi, nazirlər kabinetinin katibi və Baş nazirin xarici siyasət müşaviri iştirak edib.