Avropa Bakı və İrəvan arasında vasitəçi olmaqda ısrarlıdır
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stanonun bəyanatından sonra belə qənaətə gəlmək olar

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında sülh prosesinə sadiq qalır.
Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano deyib.
"Biz Azərbaycan və Ermənistan rəhbərliyi ilə sıx təmasda olmuşuq, hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və problemlərin müstəsna olaraq sülh yolu ilə həllinə dəstəyimizi təkrarlamaqdan yorulmamışıq. Kommunikasiya kanallarımız açıqdır. Avropa Şurası Şarl Mişel, Ali Nümayəndəsi Josep Borrell və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar iki ölkə arasında sabit və davamlı sülhün bərqərar olmasında iştiraklarını davam etdirirlər”.