Dünya nüvə məhvinə həmişəkindən daha yaxındır VİDEO
Bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bəyan edib

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard beynəlxalq ictimaiyyəti "nüvə Holokostu"na qarşı xəbərdar edib, çünki dünya "hər zaman olduğundan daha çox nüvə məhvi astanasına yaxınlaşır".
"X "hesabında o, 1945-ci ilin avqustunda Amerikanın atom bombasına məruz qalmış Yaponiyanın Xirosima şəhərinə son səfəri ilə bağlı VİDEO yerləşdirib, nüvə hücumunun nəticələrindən danışıb və zərbə qurbanlarının arxiv görüntülərini nümayiş etdirib.
Müasir nüvə silahları ABŞ-ın 1945-ci ildə istifadə etdiyindən qat-qat güclü olduğundan, "bu gün tək bir nüvə başlığı milyonlarla insanı bir neçə dəqiqə ərzində öldürə bilər", - o vurğulayıb.