XƏBƏRLƏR / Siyasət

Paşinyan COP31-də iştirak etmək üçün Türkiyəyə gedəcək

Bu barədə Ermənistanın Baş naziri özü jurnalistlərə bildirib

Paşinyan COP31-də iştirak etmək üçün Türkiyəyə gedəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Paşinyan COP31-də iştirak etmək üçün Türkiyəyə səfər etməyi planlaşdırır.

    Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə BMT-nin İqlim Dəyişikliyi Konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər etməyi planlaşdırdığını açıqlayıb.

    "Bəli, COP-da iştirak etmək üçün Antalyaya getmək planlarım var", - deyə o bildirib.

    BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) 9-20 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.