Bolqarıstan MSK Yotovanı ölkə prezidenti elan edib
Yotova Bolqarıstanda prezident seçilən ilk qadındır
Bolqarıstanın Mərkəzi Seçki Komissiyası (MSK) İliyana Yotovanı ölkə prezidenti seçkilərində qalib elan edib.
Bu barədə Bolqarıstan Milli Televiziyası MSK-nın qərarına istinadən məlumat yayıb.
"MSK 441 nömrəli qərarı ilə İliyana Yotovanı Bolqarıstan Respublikasının prezidenti, Kiril Vılçevi isə vitse-prezidenti elan edir", - sənəddə deyilir.
Yotova Bolqarıstanda prezident seçilən ilk qadındır.
1 dəqiqədən az