ABŞ rəsmiləri İrəvanla separat danışıqlar aparırlar
Dövlət katibinin köməkçisi Ceyms O'Brayen Davosda Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşməyə imkan tapıb

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenlə görüşüb.
Həmsöhbətlər ikitərəfli Ermənistan-Amerika münasibətlərini və bu münasibətlərin gündəliyinin gələcək inkişafı məsələlərini müzakirə ediblər. Qeyd olunur ki, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı da fikir mübadiləsi aparıblar.