XƏBƏRLƏR / Siyasət

Paşinyan Azərbaycanın silahlarına nəzarət etmək istəyir

Bunu Ermənistanın baş naziri rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında bildirib

Paşinyan Azərbaycanın silahlarına nəzarət etmək istəyir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın baş naziri Nikol Paşinyan yeni təkliflə çıxış edib. O, Azərbaycanla Ermənistan arasında silahlara nəzarət sazişinin imzalanmasına çağırıb.

    “Təhlükəsizliyi təmin etmək üçün biz toqquşma təhlükəsini zərərsizləşdirmək üçün Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərdən qoşunların geri çəkilməsini təklif etdik. Azərbaycan imtina etdi. Onlar sərhəd rayonlarının demilitarizasiyasını təklif ediblər, lakin Azərbaycan da bundan imtina edir. İndi mən aşağıdakıları təklif edə bilərəm - gəlin silahlara qarşılıqlı nəzarət haqqında saziş imzalayaq. Bu, əlbəttə ki, yeni bir şeydir”, - deyə Paşinyan rəhbərlik etdiyi “Mülki müqavilə” partiyasının təşəbbüs qrupunun iclasında bildirib.

    Onun sözlərinə görə, bu sənədlə Ermənistan və Azərbaycan silah müqavilələrinin icrasına qarşılıqlı nəzarət etmək imkanı əldə edəcəklər.

    Paşinyan bu təklifi Bakının Ermənistanın Fransa və Hindistan tərəfindən silahlandırılmasının regionda yeni müharibəyə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıqlarına cavab olaraq verib.