Mariya Zaxarova da Markus Ritteri ifşa etdi
Rusiya XİN sözçüsü Ermənistandakı Aİ missiyasını ara qızışdırmaqda və gərginlik yaratmaqda ittiham etdi
Rusiya XİN sözçüsü Mariya Zaxarova bu günkü brifinqdə Aİ-nın Ermənistandakı müşahidə missiyasının fəaliyyətinə toxunub.
Zaxarova vurğulayıb ki, Aİ missiyası və onun rəhbəri Azərbaycanla Ermənistan arasında barıış və sülh yaradmaqdansa, vəziyyəti daha gərginləşdirir və ara qızışdırmaqla məşğul olur. O missiyanı qeyri peşəkarlıqda, riyakarlıqda və vicdansızlıqda ittiham etdi.
Xatırladaq ki, Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter bu günlərdə DW agentliyinə müsahibəsində Azərbaycanın Ermənistana xəyali hücumunun qarşısını almaqdan dəm vurub.