XƏBƏRLƏR / Siyasət

Tramp ABŞ-Rusiya-Ukrayna görüşünün anonsunu verib YENILƏNIB

Münhendə baş tutacağı görüşdə Kiyev Rusiya ilə danışıqlarda iştirak imkanını inkar edib

Tramp ABŞ-Rusiya-Ukrayna görüşünün anonsunu verib YENILƏNIB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:00

    Münhen Təhlükəsizlik Konfransının nümayəndələri Rusiya hökumətinin nümayəndələrinin orada iştirak etmədiyini, bununla da Trampın Münhendə ABŞ və Rusiya Federasiyasının “yüksək rütbəli” nümayəndələri arasında danışıqlara dair sözlərini təkzib etdiklərini bildirdilər.

    Bundan əlavə, Almaniya hökuməti Rusiya hakimiyyət orqanlarının nümayəndələrinə müvafiq viza vermədi.

    Eyni zamanda, Zelenskinin ofisi Ukraynanın gələn həftə Səudiyyə Ərəbistanında danışıqları hələ planlaşdırmadığını bildirdi. Tramp bu barədə dünən axşam Ağ Evdə də bəyan edib.

    ***

    ABŞ prezidenti Donald Tramp fevralın 14-də Ukraynanın da dəvət olunduğu Münhendə ABŞ və Rusiya rəsmilərinin görüşünün keçiriləcəyini açıqlayıb.

    Lakin Kiyev Rusiya ilə danışıqlarda iştirak imkanını inkar edib.

    Tramp gələn həftə Səudiyyə Ərəbistanında planlaşdırılan görüşü də açıqlayıb.