Tramp və Putin arasında telefon danışığı olub
Bu barədə hər iki Prezidentin mətbuat xidmətləri məlumat verib

ABŞ Prezidenti Dnald Tramp və rusiyalı həmkarı Vladimir Putin arasında 1 saat yarımlıq telefon danışığı olub.
Əsas məsələlər:
- Rusiya və ABŞ prezidentləri Ukrayna, Yaxın Şərq, enerji məsələləri və bir sıra digər mövzuları müzakirə ediblər;
- hər iki tərəf Ukraynada münaqişənin dayandırılmasının zəruriliyi barədə razılığa gəldi;
- Putin Trampla razılaşdı ki, Ukraynada uzunmüddətli nizamlanmaya danışıqlar yolu ilə nail olmaq olar;
- Tramp Putinlə razılaşdığını, komandalarına danışıqlara “dərhal” başlamağı tapşırdığını söylədi;
- tərəflər yaxın əməkdaşlıq, o cümlədən Rusiya və ABŞ-a gələcək qarşılıqlı səfərlər barədə razılığa gəliblər;
- Putin Trampı Moskvaya dəvət edib.