XƏBƏRLƏR / Siyasət

Tramp və Putin Səudiyyə Ərəbistanında görüşəcək

Bunu ABŞ prezidenti jurnalistlərə bildirib

Tramp və Putin Səudiyyə Ərəbistanında görüşəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya lideri Putinlə Səudiyyə Ərəbistanında görüş keçiriləcək və orada Rusiya-Ukrayna müharibəsinə son qoymağın yolları müzakirə olunacaq. Bu bəyanat dövlət başçıları arasında uzun sürən telefon danışığından sonra verilib.

    Bundan əlavə, prezidentlər bir-birinin ölkələrinə mümkün səfərlər barədə razılığa gəliblər. Putin Rusiya liderinin ABŞ-a gözlənilən səfərinə cavab olaraq Trampı Moskvaya səfərə dəvət edib.