İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşdü
Bu haqda İran səfirliyinin teleqram səhifəsində məlumat paylaşılıb
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə ilə görüşüb. Bu haqda İran səfirliyinin teleqram səhifəsində məlumat paylaşılıb.
Görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri müzakirə edilib.
Həmçinin media əməkdaşlığı və iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsi vurğulanıb.