Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsrailin Avropa İttifaqı (Aİ) və NATO-dakı səfiri Haim Regevlə görüşüb.
Bu barədə Cəfər Hüseynzadə "Twitter"də bildirib.
"İsrailin Aİ və NATO-dakı səfiri Haim Regevi Azərbaycanın NATO-dakı Nümayəndəliyində salamlamaqdan çox məmnun oldum. Biz NATO tərəfdaşlığı, regiondakı vəziyyəti və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdik. Biz Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndiririk", - deyə azərbaycanlı diplomat bildirib.