XƏBƏRLƏR / Siyasət

Qırğızıstanda ilk Mərkəzi Asiya-Azərbaycan Sammiti keçəcək

Zirvə görüşü İssık-Kul gölünün sahilində 30 iyul - 1 avqust tarixlərində baş tutacaq

Qırğızıstanda ilk Mərkəzi Asiya-Azərbaycan Sammiti keçəcək
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İlk Mərkəzi Asiya-Azərbaycan Zirvə Görüşü Qırğızıstanda keçiriləcək.

    30 iyul - 1 avqust tarixlərində ilk Mərkəzi Asiya-Azərbaycan Zirvə Görüşü İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçiriləcək.

    Bu barədə Qırğızıstan Prezidentinin mətbuat katibi Askat Alagözov məlumat verib. 

    Sammitdə region liderləri və Azərbaycan Prezidenti iştirak edəcək. Liderlərin Orta Dəhlizin inkişafı, ticarət-iqtisadi əməkdaşlıq, nəqliyyat və logistika, regional təhlükəsizlik məsələləri, enerji və su ehtiyatlarının əlaqələndirilməsi məsələlərini müzakirə etmələri gözlənilir.

    Zirvə Görüşü Azərbaycanın 2025-ci ildə Mərkəzi Asiya məsləhətləşmə formatına qoşulmasından bəri ilk tammiqyaslı tədbir olacaq.