XƏBƏRLƏR / Siyasət

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR)Ermənistandan əl çəkmir

Xidmətin mətbuat bürosu "Avropa İttifaqının Ermənistana heç bir köməyi dəyməyəcəyi" haqda araşdırma dərc edib

Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR)Ermənistandan əl çəkmir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) Ermənistan və onun Avropa İttifaqı ilə münasibətləri ilə bağlı bir sıra açıqlamalar verib.

    SVR, xüsusilə qeyd edir:

    ◾Aİ Ermənistandan Rusiya biznesinin mövcudluğunu azaltmağı və Moskva ilə humanitar əlaqələri pozmağı tələb edir.

    ▪️Aİ viza rejiminin liberallaşdırılması perspektivlərini manipulyasiya etməklə Ermənistanın anti-Rusiya addımlarını təşviq etməyi planlaşdırır.

    ▪️Brüssel başa düşür ki, İrəvan AİB-dən kənarda qalsa, Ermənistanda böhran yaranacaq və bunu kompensasiya etmək mümkün olmayacaq.

    ▪️Artıq bir çox Avropa ölkələri Aİ rəhbərliyinə öz bazarlarını Ermənistandan gələn mallara açmağa hazır olmadıqları barədə siqnal verib.