Tramp Rusiyaya qarşı sanksiyaları daha 1 il uzadtı
Rusiyaya qarşı fövqəladə vəziyyət 2022-ci il aprelin 21-də ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə elan edilib

ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya başqa şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il uzadıb. Bu barədə Ağ Evin ABŞ Federal Reyestrində yerləşdirilmiş sənədində deyilir.
“Mən bununla Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarında yanalmasını və hərəkətini tənzimləmək üçün 10371 saylı Bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərini bir il müddətinə uzadıram”, mətndə deyilir.
Sənəddə vurğulanır ki, Rusiya Federasiyasına qarşı fövqəladə vəziyyət 2022-ci il aprelin 21-də ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası dövründə qəbul edilib. Sərəncamda həmçinin bildirilir ki, Rusiya hökumətinin siyasəti və hərəkətləri ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratmaqda davam edir.