XƏBƏRLƏR / Siyasət

Antonio Koştanın Azərbaycana səfəri başa çatıb

Aİ Şurasının Prezidentini Baş nazirin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar

Antonio Koştanın Azərbaycana səfəri başa çatıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb.

    Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.