Ceyhun Bayramov: İrəvan destruktiv mövqeyindən çəkinməlidir
Ermənistan Azərbaycanla sərhəddə ikitərəfli Nəzarət-Keçid Məntəqələrinin quraşdırılması təklifinin əleyhinədir
Xarici işlər naziri Ceyhun Bayramov Böyük Britanyanın Avropa üzrə dövlət naziri Leo Dokerti ilə görüşündə Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.
O qeyd edib ki, "Sülh sazişi üzrə dekabr ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın iştirakdan imtina etməsinə və prosesə yaratdığı maneələrə baxmayaraq, ölkəmizin prosesə sadiq qalaraq sülh sazişi mətni üzrə şərhlərin mübadiləsini həyata keçirdiyi diqqətə çatdırılıb. Ermənistanın destruktiv mövqeyindən çəkinərək, danışıqlar masasına geri qayıtmasının zəruri olduğu vurğulanıb."
Bundan biraz əvvəl Ermənistan mətbuatı xarici işlər naziri Ararat Mirzoyanın iki ölkə arasında Nəzarət-Keçid Məntəqələrinin (NKM) qurulmasına dair mövqeyini yaymışdı. Mirzoyan bəyan edib ki, İrəvanda Azərbaycanın Laçın rayonu ilə Ermənistan sərhədində və Zəngəzur dəhlizinin hər iki ucunda NKM quraşdırılması təklifinin əleyhinədir.
“Həqiqətən də Münhendə NKM quraşdırılması ideyası səsləndirilib. ...Amma cavabımız birmənalıdır və dəfələrlə səslənib və dəyişməz olaraq qalır. Laçın dəhlizinin parametrləri müzakirə olunub. Söhbət 9 noyabr 2020-ci il tarixli sənəddən gedir”, - Mirzoyan bildirib.