Putin-Paşinyan görüşündən sonra 100 erməni yük maşını həbsdə
Rusiyada Ermənistanın “Spayka” şirkətinin yüzə yaxın yük maşını həbs edilməsi haqda Ermənistan mediası yazır

Rusiyada Ermənistanın “Spayka” şirkətinin yüzə yaxın yük maşını həbs edilib.
Həbs Çində Putinlə Paşinyanın görüşündən dərhal sonra baş verib.
Ermənistanın TG kanalları yazır ki, sentyabrın 1-də Rusiya hüquq-mühafizə orqanları Ermənistanın “Spayka” şirkətinin yüzə yaxın yük maşınını həbs edib. Qeyd olunur ki, bu, şirkətin müəyyən maliyyə öhdəliklərini yerinə yetirməməsi, bununla bağlı Rusiya tərəfinin yük maşınlarını saxlaması ilə bağlıdır.
Xatırladaq ki, "Spayka" Ermənistanın "Laçın" keçid məntəqəsində separatçıların teatrlaşdırılmış tamaşasında iştirak edən ən böyük kənd təsərrüfatı holdinqidir.
Yük maşınlarının saxlanması təkcə şirkətə deyil, Ermənistanda kənd təsərrüfatı məhsulları istehsalçılarına da ciddi zərbə vura, ixrac zəncirində ciddi problemlər yarada bilər.