XƏBƏRLƏR / Siyasət

Putin Çində Paşinyanla görüşüb YENİLƏNİB

Bu barədə Rusiya Prezidentinin şəxsi salnaməçisi Pavel Zarubin "Telegram" kanalında bildirib

Putin Çində Paşinyanla görüşüb YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 19:17

    Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, həm ikitərəfli, həm də regional xarakterli bir çox məsələlərin müzakirəsi yığılıb qaldığı üçün onunla danışmaq fürsəti əldə etdiyinə görə şaddır.

    TASS-ın verdiyi məlumata görə, görüş ŞƏT sammiti çərçivəsində təkbətək formatda keçirilib.

    "Sizi görməyə, bugünkü və sabahkı tədbirlər çərçivəsində danışmaq imkanına malik olduğum üçün çox şadam. Uzun müddətdir, bir-birimizi görmürdük, ikitərəfli, regional, beynəlxalq miqyasda çoxlu məsələlər yığılıb. Ümid edirəm ki, sizinlə bugünkü görüşümüz faydalı və mənalı olacaq", - Putin görüşün əvvəlində deyib.

    Paşinyan iki ölkə arasında mövcud olan tərəfdaşlıq və dialoqdan məmnunluğunu bildirib.

    "Bizim hər zaman çox dolğun gündəliyimiz var. Əminəm ki, bugünkü gündəm də çox dolğundur, bu, göz qabağındadır. Bizim aramızda yaranan tərəfdaşlıq və dialoqdan çox məmnunam. Şəxsi dialoqumuz və əlbəttə qardaş ölkələrimiz arasında çox fəal dialoqdur", - Ermənistanın Baş naziri deyib.

    ***

    17:23

    Cinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin ilk ikitərəfli görüşünü Ermənistanın Baş naziri Nikol Paşinyanla ilə keçirib.

    @zarubinreporter