İran xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək
Məsud Pezeşkian Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşündə belə deyib
İran Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT baş katibi Antonio Quterreşlə görüşüb.
Bu barədə İran Prezidenti Administrasiyası məlumat yayıb.
Məlumata görə, Pezeşkian Quterreşə İranın ABŞ ilə dialoqu davam etdirdiyini bildirib: "İran danışıqlar masasından ayrılmayıb. İran keçmiş təcrübələrə əsaslanaraq, artıq ABŞ-yə etibar etmir".
"İran regionda sülh və təhlükəsizlik istəyir. Bu ölkə xarici təzyiqlərin onu ram etməsinə imkan verməyəcək", - Pezeşkian vurğulayıb.
Quterreş isə öz növbəsində bildirib ki, hazırkı mürəkkəb şəraitdə siyasi və diplomatik həll yolu tapmaq səyləri davam etdirilməlidir.
1 dəqiqədən az