
ABŞ Prezidenti Donald Tramp xalqa müraciət edib.
Onun çıxışının əsas məqamları:
- ABŞ Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) başa çatmış sammiti fonunda Vaşinqtonun maraqlarına qarşı Çin və Rusiyanın mümkün “oxu”nun formalaşmasında təhlükə görmür;
- Tramp bildirib ki, hələlik Hindistana tətbiq edilən tarifləri azaltmaq niyyətində deyil;
- Tramp Putin və Zelenski ilə mümkün görüş haqqında: "Görək nə olacaq";
- Tramp Ukraynadakı münaqişə ilə bağlı "maraqlı şeylər" öyrəndiyini söylədi - yaxın günlərdə bunları açıqlayacağını vəd edir;
- "Əgər Alyaska sammiti ABŞ-ın axtardığı nəticəyə gətirib çıxarmasa, ABŞ Rusiya və Ukrayna ilə bağlı fərqli mövqe tutacaq";
- Səhhəti ilə bağlı yayılan söz-söhbətlərə Tramp: “İki gün ərzində heç nə etmədim – və hamı dərhal qərar verdi ki, məndə nəsə olub”;
- Tramp ölümü ilə bağlı sosial şəbəkələrdə yazılanları görmədiyini etiraf edərək, bu şayiələri "dəli" adlandırıb;
- ABŞ Venesueladan narkotik daşıyan gəmini vurdu. “Bir neçə dəqiqə əvvəl biz üzərində külli miqdarda narkotik olan gəmiyə sözün əsl mənasında atəş açdıq”. Prezidentin sözlərinə görə, gəmi sıradan çıxıb.