ABŞ İran neftinin nəqlinə görə sanksiya qoydu
Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir

ABŞ İran neftinin nəqlinə görə 7 şirkətə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilir.
İraq nefti adı altında İran neftini daşıyan gəmi və şirkətlərin sahibinin Valid əs-Samirai adlı iş adamı olduğu dəqiqləşdirilir.
Onun rəhbərlik etdiyi şəbəkə ABŞ sanksiyalarından yan keçmək üçün gizli şəkildə İraq və İran neftini qarışdıraraq İraq nefti adı altında beynəlxalq bazara çıxarıb.
Nazirlikdən verilən məlumata görə, İran hökuməti və sözügedən iş adamı bu yolla yüz milyonlarla dollar qazanıb.