XƏBƏRLƏR / Siyasət

Şençjendə Trampla Si Cinpinin görüşü 2 saat çəkib

Bu barədə Çinin dövlət mediası - CCTV məlumat yayıb

Şençjendə Trampla Si Cinpinin görüşü 2 saat çəkib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 11:13

    ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında ikitərəfli görüş başa çatıb.

    Bu barədə Çinin dövlət mediası - CCTV məlumat yayıb.

    ****

    10:15

    ABŞ və Çin Hörmüz boğazının açılmasını istəyir.

    BBC-nin xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşü haqqında danışarkən deyib.

    Onun sözlərinə görə, hər iki ölkə enerji məhsullarının Hörmüz boğazından keçməsində və İranın nüvə silahına malik olmamasında maraqlıdır.

    “Biz hər ikimiz bunu çox güclü şəkildə dəstəkləyirik. Potensial əməkdaşlıq üçün daha çox digər sahələr də var”, - Tramp bildirib.

    Tramp qeyd edib ki, onun Si Cinpinlə görüşü iki saat çəkib.

    ABŞ Prezidenti vurğulayıb ki, görüşün nəticələrinin məhsuldar olacağı ilə bağlı ümidvardır.

    Tramp ABŞ və Çinin qarşılıqlı olaraq tarif vergilərini 30 milyard dollara qədər azaltması barədə də danışıb.

    “Biz ədalətli münasibət qurmuşuq”, - o əlavə edib.

    ABŞ və Çin Ukrayna müharibəsinin başa çatmasını istəyir.

    Bunu ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşündə deyib.

    ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında ikitərəfli görüş başa çatıb.

    Bu barədə Çinin dövlət mediası - CCTV məlumat yayıb.

    ****

    10:02

    ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Şençjendə ikitərəfli görüş keçirirlər.

    Bu barədə "The Guardian" Çinin dövlət mediasına istinadən məlumat yayıb.

    Tramp onların xüsusi münasibətlərinin olduğunu və tərəflər arasında heç bir problem olmadığını bildirib.

    Qeyd olunur ki, ikitərəfli danışıqlardan sonra Rusiya prezidenti Vladimir Putin Tramp və Si Cinpinə qoşulacaq. Üçtərəfli görüş yerli vaxtla saat 14:30-a (Bakı vaxtı ilə 10:30) planlaşdırılıb.

    AP-nin məlumatına görə, Tramp nüvə silahlarına nəzarət və Ukrayna və İranda münaqişələrin həllini müzakirə etmək niyyətindədir.

    “Reuters”in məlumatına görə, Tramp deyib ki, o və Si Cinpin Hörmüz boğazı vasitəsilə maneəsiz neft nəqlini dəstəkləyir.

    "Həm ABŞ, həm də Çin enerjinin Hörmüz boğazından keçməsini və İranın nüvə silahına malik olmamasını təmin etməkdə maraqlıdır. Hər ikimiz bu mövqeyə çox güclü münasibət bəsləyirik", - Tramp deyib.

    Cümə axşamı günü səhər saatlarında Tramp və Putin təxminən 40 dəqiqə davam edən ayrıca görüş keçiriblər. Bu, onların Alyaskada görüşdükləri 2025-ci ilin avqustundan bəri ilk üz-üzə danışıqları idi.