Şençjendə Tramp-Putin görüşü bir saatdan az davam edib
Bu barədə Rusiya mətbuatı xəbər verir YENİLƏNİB
10:01
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə Ukrayna münaqişəsi və ikitərəfli münasibətlər müzakirə olunub.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Uşakov bildirib ki, görüş yaxşı keçib və Putin görüşdən “əla əhval-ruhiyyədə” ayrılıb. Onun sözlərinə görə, görüş Si Cinpinlə üçtərəfli görüşə hazırlıq xarakteri daşıyıb.
Uşakov həmçinin qeyd edib ki, Ukrayna mövzusu Putin və Trampın görüşündə əsas məsələlərdən biri olub.
****
09:40
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilib - TASS
Danışıqlar Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutur.
Görüş barədə heç bir açıqlama verilməyib.
Liderlərin görüşü bir saatdan az davam edib.
1 dəqiqə