Azərbaycan-Ermənistan münasibətləri istiləşir
Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib
Rəsmi Bakı Ermənistanla sülhün bərqərar olması üçün əlindən gələni edir, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycan Qarabağı azad etməklə Cənubi Qafqaza sabitlik gətirdi. Bu gün Azərbaycan Ermənistanla sülhün bərqərar olması üçün hər cür səy göstərir. Hər kəs Azərbaycan-Ermənistan münasibətlərinin istiləşməsinin şahididir”, - deyə Hacıyev cümə axşamı XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel sessiyasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan da geniş regional əməkdaşlığı güclü şəkildə təşviq edir.