Cenevrədə Sahibə Qafarova Simonyanla ayaqüstü söhbət edib
Azərbaycan və Ermənistan parlament spikerlərinin əsas görüşü axşama planlaşdırılıb

Ermənistan KİV-i yazır ki, Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa söhbət olub.
Onların əsas görüşünün axşama planlaşdırıldığı da bildirilir.
Qeyd edək ki, Qafarova və Simonyan Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün mayın 15-dən 18-dək Cenevrədə səfərdədilər.