Ərdoğan: Ermənistanın Qarabağdakı hərəkətləri yanlışdır
Türkiyə Prezidenti sabah Nikol Paşinyana zəng etməyi planlaşdırır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparmağı planlaşdırdığını bildirib.
Ərdoğan bildirib ki, Ermənistanın Qarabağdakı hərəkətlərini yanlış hesab edir.
“Mən cənab İlham Əliyevlə danışıqlar aparmışam, ondan sonra bəlkə də sabah cənab Paşinyanla danışıqlar aparacağam”, - Ərdoğan “İyirmilik” (G20) sammitinin yekunlarına dair mətbuat konfransında vurğulayıb.
"Burada, xüsusən də Qarabağda atılan addımlar yanlış addımlardır, buna dözmək olmaz, Aİ-yə üzv dövlətlər də buna dözə bilməz. Sabah aparacağımız danışıqlarda biz cənab Paşinyana deyəcəyik ki, belə seçkiləri (Qarabağda qondarma "prezident seçkiləri" - ANS Press) qəbul etmək qətiyyən mümkün deyil. Dostlar, Qərb ölkələri və indiyə qədər görüşdüyümüz digərləri bu seçkiləri qəbul etmirlər...”.