XƏBƏRLƏR / Siyasət

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb

Bu barədə təşkilatın "X" sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub

Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb.

    Bu barədə təşkilatın "X" sosial şəbəkə hesabındakı paylaşımda qeyd olunub.

    "Sülh Şurası Azərbaycanı böyüyən beynəlxalq təşkilatımızın təsisçi üzvü kimi salamlayır", – deyə açıqlamada bildirilib.

    Xatırladaq ki, yanvarın 22-də Davosda "Sülh Şurasının Nizamnaməsi" ("Board of Peace Charter") sənədinin imzalanma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.