Gürcüstan Qarabağda keçirilmiş qondarma seçkiləri tanımır
Gürcüstan Xarici İşlər Nazirliyi bu barədə xüsusi bəyanat yayıb
XARİCİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI
Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir və Qarabağda 9 sentyabr 2023-cü ildə keçirilmiş qondarma prezident seçkilərini tanımır.