XƏBƏRLƏR / Siyasət

İran səfiri göy qutabı yemək üçün “Artsax” pavilyonuna gəlib

İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Sisianda keçirilən “Navasarad” festivalında qondarma “Artsax” pavilyonuna baş çəkib VİDEO

İran səfiri göy qutabı yemək üçün “Artsax” pavilyonuna gəlib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran səfirinin “Artsax” pavilyonuna səfəri: Təsadüfdür, yoxsa siyasi mesaj?

    VİDEO

    İranın İrəvandakı səfiri Xəlil Şirqulami Ermənistanın Sisian şəhərində keçirilən “Navasarad” festivalında qondarma “Artsax” pavilyonuna baş çəkib.

    Məlumata görə, 10-11 avqust tarixlərində keçirilən festival İranın Lahican və Ermənistanın Sisian şəhərləri arasında qardaşlaşma sazişinin imzalanmasından sonra baş tutub.

    Səfirin pavilyonda Azərbaycan mətbəxindəki göy qutabının dadına baxdığı da görüntülərdə əks olunub. Diqqət çəkən məqamlardan biri isə diplomatın əvvəlcə tərcüməçidən fərqli olaraq “Artsax” deyil, Qarabağ ifadəsini işlətməsi, daha sonra isə qondarma “Artsax” adını bir neçə dəfə təkrarlaması olub.

    Diplomatın Ermənistanda keçirilən festivalda hansı pavilyonu ziyarət etməsi özlüyündə şəxsi seçimi sayıla bilər. Ancaq Azərbaycanın ərazi bütövlüyünə qarşı separatçı rejimin adı ilə təqdim olunan pavilyona İran səfirinin baş çəkməsi siyasi və diplomatik baxımdan suallar yaradır.