Azərbaycan ŞƏT-də statusunu dəyişdirmək istəyir
Dialoq üzrə tərəfdaş statusunun müşahidəçi statusuna dəyişdirilməsi planlaşdırılır

Azərbaycan dialoq üzrə tərəfdaş statusunun müşahidəçi statusuna dəyişdirilməsi ilə bağlı ŞƏT-ə ərizə təqdim edib. Bu barədə "İzvestiya"ya İranın ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdad Kiaei bildirib.
“Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və başqaları qoşulmaq üçün müraciət edib. Bu ölkələr (Banqladeş istisna olmaqla) statuslarını dialoq tərəfdaşından müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsipcə, bu məsələni nəzərdən keçirməyə hazırıq və müvafiq ərizəçilər və təşkilatın üzv dövlətləri ilə məsləhətləşərək müəyyən nəticəyə gəlmək istəyirik”, - Kiaei bildirib.
Onun sözlərinə görə, “əvvəlcə onlar müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam iştirakçı ola bilərlər”.