XƏBƏRLƏR / Siyasət

“Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısı VİDEO / FOTO

Azərbaycan Prezidenti İlham Əliyev də İngiltərədədir YENİLƏNİR

“Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısı VİDEO / FOTO
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 14:53

    İyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyası keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

    Plenar sessiya başa çatandan sonra iştirakçılar birgə foto çəkdiriblər.

    ***

    13:00

    London yaxınlığındakı Oksfordşirdə “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısı keçirilir.

    VİDEO

    Toplantıda 45 dövlət və hökumət başçısı iştirak edir.

    2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib.

    Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri dəvət olunub. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də Londondadır.

    ***

    11:58

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.

    Azərbaycan Prezidenti Oksforddakı Blenheim sarayına gəlib.

    Səfər Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə baş tutub.

    Dövlətimizin başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşılayıb.

    ***

    09:00

    London yaxınlığındakı Oksfordşirdə keçiriləcək “Avropa siyasi birliyi” 4-cü Zirvə toplantısında 45 dövlət və hökumət başçısı iştirak edəcək.

    VIDEO

    2022-ci ildə yaradılan bu hökumətlərarası təşkilata həm Avropa İttifaqı ölkələri, həm də Aİ-nin üzvü olmayan digər dövlətlər daxil edilib.

    Sayca dördüncü sammitə ilk dəfə NATO, ATƏT və Avropa Şurasının nümayəndələri dəvət olunub. Əsas mövzular arasında isə qeyri-qanuni miqrasiya ilə mübarizə, təhlükəsizlik sahəsində Avropa ilə daha sıx əməkdaşlıq, Ukrayna münaqişəsi var.

    “The Guardian” qəzetinin yazdığına görə, Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 18-də Londona səfər etmək və sammitdə çıxış etmək niyyətindədir.

    Bir günlük iclasın proqramına açılış və yekun plenar iclas, onların arasında isə müxtəlif mövzularda üç dəyirmi masa daxildir: miqrasiya, enerji, demokratiyanın müdafiəsi və təmini. Sonda heç bir yekun kommünikenin qəbulu nəzərdə tutulmur.

    Sammit Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçillin 1874-cü ildə anadan olduğu Blenhaym qəsrində baş tutacaq.

    Qəsr 1705-1724-cü illərdə klassikləşdirilmiş barokko üslubunda və ya İngilis memarlığına xas olan “Kraliça Anna üslubunda” Marlboronun ilk hersoqu Con Çörçill və həyat yoldaşı Saranın iqamətgahı kimi tikilib. Dizaynerləri Con Vanbru və Nikolas Haksmur olub. Adını Hersoqun fransızlar üzərində qələbəsi şərəfinə alıb.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin də Londona gedəcəyi gözlənilir. 

    Ermənistanın baş naziri Nikol Paşinyan artıq İngiltərədədir.

    Gürcüstan bu tədbirdə Baş nazirlə təmsil olunacaq.

    Eyni zamanda sammitdə Macarıstanın Baş naziri Viktor Orbanın turundan sonra Aİ liderləri ilə ilk görüşü olacaq. İyulun 2-dən iyulun 11-dək Ukraynadakı sülhməramlı missiyası çərçivəsində o, Kiyev, Moskva, Pekin və Vaşinqtonda səfərdə olub, burada ölkə liderləri ilə Ukrayna münaqişəsinin həlli yollarını müzakirə edib.

    Xatırladaq ki, “Avropa siyasi birliyi”nin birinci Zirvə toplantısı 2022-ci ilin oktyabrında Çex Respublikasının paytaxtı Praqada keçirilib.