XƏBƏRLƏR / Siyasət

Fələstin Prezidenti Türkiyəyə üçgünlük səfər edəcək

Yüksəksəviyyəli danışıqların avqustun 12-də keçirilməsi nəzərdə tutulur

Fələstin Prezidenti Türkiyəyə üçgünlük səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Türkiyəyə rəsmi səfər edəcək (11-13 avqust).

    Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil olunub.

    Yüksəksəviyyəli danışıqların avqustun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıqlar zamanı Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcəyi gözlənilir.

    Səfər avqustun 13-də başa çatacaq.