Rusiya Baş nazirinin müavini Overçuk İrəvana gəlib FOTO
Rusiya Baş nazirinin müavinini Ermənistanın Baş naziri Nikol Paşinyan qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Ermənistan və Rusiyanın ikitərəfli gündəliyinə dair məsələlər müzakirə olunub. Həmsöhbətlər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlığın aktual mövzularına toxunublar. Ticarət dövriyyəsinin dinamikası və birgə layihələrin gedişatına da toxunulub. Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Overçuk həftə sonu Azərbaycan nümayəndə heyətinin Rusiya səfərə gəlməsi haqda məlumat vermişdi. "Trend" agentliyi məlumatı etibarlı mənbələrə istinadən təsdiq etmişdi. Lakin bu xəbər Rusiyanın Azərbaycanın Odessadakı neft terminalına hücumundan əvvəl yayılmışdı, ona görə də Azərbaycan nümayəndə heyətinin Rusiya yollanması haqda məlumat hələ də rəsmi təsdiqini gözləyir.